Mirza Iskandarov

Nəyə görə internetdəki 90% informasiya yalandır?

Həmişə düzgün və rassional düşünməyi vacib sayan adamlar bu sualı özlərinə və bəzən bloq yazarlarına verirlər. Və bu sual internet istifadəçisi olan ilk gün verilməlidir. Çünki müxtəlif tematikalı saytlar, sosial şəbəkələrdəki səhifələr məhz öz mövzularında qalırlar. – bununda müxtəlif səbəbləri var ki, biz burada araşdırmayacağıq.

90% deyərkən “dərin” (deep) vebi nəzərdə tutmuram. Nəzərə alsaq ki, bu hissə ümumi İnternetin 95-98%-ni təşkil edir, sörfinq zamanı geniş görünən amma, həqiqətdə isə xeyli kiçik bir hissəsi sayılan vebdən məqaləmizdə söhbət açılacaq.

İlk abzasda, tematikanın ayrılığı ilə bağlı cümlənin əslində nəyi izah etdiyini güman edirəm ki, anladınız. Lakin onun həqiqətdə necə baş verdiyini misal ilə məqalənin ardında oxuya bilərsiniz…

Təsəvvür edin ki, siz “saentologiya” sözünü və ya əlaqəli mövzuya bağlı olan “Oksford şəxsilik testi” frazasını Google-da axtarırsınız. Aldığınız nəticə eyni bir dinin/fəlsəfi cərəyanın təbliğinə və düzgünlüyünə inanmağınızı təmin etmək rolunda çıxış edir. Siz isə bir və ya bir neçə uyğun nəticəylə kifayətlənərək Google-dan çıxırsınız. Çünki bu sizə kifayət edəcək qədər informasiyanı artıq verib. – Belə hadisələr eyni ilə başqa qlobal açar sözlərinin cavablarında da özünü göstərir. Məs.: Xristianlıq, Katolik qanunları; Yəhudilik, yəhudi baxışı; Ətin xeyri, zülal çatışmamazlığı və s.

Misalların nəticələrini oxuduqdan sonra 80% hallarda belə açar sözlərindən istifadə etməyəcəyiniz əminliklə deyilə bilər: Vegeterianlığa necə başlamalı, ətin ziyanı; Tövratdakı anlaşılmamazlıqlar və s.

İnformasiyanın verilmə tərzi çox hallarda önəm daşımır, buraya sadəcə bir-iki “fakt” adlanan cümlələri əlavə etmək lazımdır. Həm də heç vaxt tapa bilməyəcəyiniz filosofların adlarını yazmaq pis olmazdı.

Bəs, nəyə görə 90%?

Bəli, bu sual məqaləyə verilə biləcək ən haqlı cavaba malikdir. Düşünsək ki, tanıdığımız internet zonasında xəbər saytları ilə geniş auditoriyanı manipulyasiya etmək, daha doğrusu istənilən xəbəri yeritmək mümkündür və belə saytlar genişlik təşkil edir, bu açıq-açığına yalanın genişliyinə ilhamlandırır. Yəni hər kəs istənilən məqaləni yaza və tanışının saytında yerəşdirə bilər. Amma doğru xəbərlərdə var, və bu həmin 10%-i təşkil edir.

Digər portal və bloqlarda müxtəlif tematikalar qorunur deyənə onlar 90%-ə birbaşa daxildirlər. Hətta mən belə oraya daxiləm.

Bəs, saytları, yazıları necə analiz etməli?

Çox sadə, “kritik düşüncə” adlı bir azadlıq ilə. Siz hər zaman inanmadığınız və ya sizi manipulyasiya etmiş saydığınız mövzunu araşdıra bilərsiniz. Bunun üçün bloqumu izləməkdə davam edin, yaxın həftələrdə “Kritik düşüncənin formulu” adlı məqaləmi oxuya bilərsiniz…

 

Mirzə İskəndərov

 

  1. S. Məqalədə istifadə olunan açar sözləri Rusiya zonası üzrə və ingilis dilli xalqların materiallarına əsasən, yoxlamadan keçirilib.
  2. Mirzə İskəndərov